Keşiş "Qarabağ klanının" başçılarından təlimat alır
Qalstanyan baş nazir Paşinyana qarşı etiraz aksiyalarını bərpa etmək fikirindədir
Ermənistanda qiyamçı keşiş Baqrat (Vazgen) Qalstanyan sentyabrın 22-nə elan edilmiş hərəkat tərəfdarlarının toplantısı ərəfəsində əsas sponsorları olan Robert Köçəryan və Serj Sarkisyanla görüşlər keçirib.
"Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş üzrlü səbəblərə görə baş tutmayıb”, - "keşiş hərəkatın" bəyanatında deyilir.
Qeyd edək ki, Baqrat Qalstanyan sentyabrın 22-nə İrəvanın Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində tərəfdarları ilə görüş təyin edib. Keşiş bildirib ki, bu görüşdə Paşinyanın Hakimiyyət Dəyişməsi Hərəkatının gələcək fəaliyyət istiqamətləri müəyyənləşəcək.