XƏBƏRLƏR / Dünya

Kim Çen In Rusiyada səfərdədir

Bu barədə Rusiya xəbər mənbələri məlumat yayıb

Kim Çen In Rusiyada səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şimali Koreya lideri Kim Çen In Rusiyaya yola düşüb.

    Bu barədə Rusiya xəbər mənbələri məlumat yayıb. Kim Çen Inın xüsusi zirehli qatarın Primorsk diyarında Razdolnaya çayı üzərindəki dəmir yolu körpüsünü keçərək şimala doğru hərəkət edib.

    Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Kim Çen In və Şimali Koreya hökumətinin yüksək rütbəli üzvlərinin Pxenyanı tərk etdiyini bildirib və bununla bağlı fotoşəkillər yayımlayıb.

    Sərhəddə yerləşən Xasan kəndi administrasiyasının nümayəndəsi zirehli qatarın rayonun cənubundakı stansiyadan keçdiyini təsdiqləyib.

    KCNA-nın məlumatına görə, Kim Çen Inın qatarı sentyabrın 10-da Pxenyanı tərk edib. YTN telekanalı onun Rusiya prezidenti Vladimir Putinlə görüşünün sentyabrın 13-də baş tuta biləcəyini yazıb. Kremlin mətbuat katibi Dmitri Peskov ölkə liderləri arasında danışıqların “yaxın günlərdə” baş tutacağını təsdiqləyib. O, görüşün dəqiq vaxtını və yerini açıqlamaqdan imtina edib, lakin danışıqların Uzaq Şərqdə aparılacağını qeyd edib.