XƏBƏRLƏR / Siyasət

MDB ölkələrinin xüsusi xidmət rəhbərləri Minskdə toplaşıb

Görüşdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev də iştirak edir

MDB ölkələrinin xüsusi xidmət rəhbərləri Minskdə toplaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri Minskdə beynəlxalq terrorizmə qarşı mübarizəni müzakirə edəcəklər.

    MDB-nin baş katibi Sergey Lebedev bildirib ki, bu gün onlar Birlik ölkələrinin təhlükəsizliyinin möhkəmləndirilməsinə və suverenliyinin qorunmasına kömək edəcək mühüm qərarlar qəbul edəcəklər.

    Təşkilat ölkələrinə qarşı kobud, aqressiv təzyiqlərin mövcud olduğu indiki şəraitdə xüsusi xidmət orqanlarının əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bu təhdidlərə və təzyiqlərə qarşı gücümüzü birləşdirməliyik.

    Görüşdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev də iştirak edir.