XƏBƏRLƏR / Siyasət

Moskvada KTMT-nin zirvə görüşü Paşinyansız keçir

Bu barədə Kremlin mətbuat xidməti xəbər verib

Moskvada KTMT-nin zirvə görüşü Paşinyansız keçir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.

    İclasda Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus prezidentləri iştirak edir. Ermənistan yenə də iştirak etmir.

    Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT-nin Ermənistanın iştirak etməməsinə cavab verəcəyini bildirmişdi.