XƏBƏRLƏR / Hadisə

Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü, 6 nəfər öldü

Onlardan 5-nin kimliyi məlum olub

Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü, 6 nəfər öldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:35

    Naxçıvanda Kəngərli rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı artaraq 6-ya çatıb.

    Onlardan 5-nin kimliyi məlum olub:

    1960-ci il təvəllüdlü Cəfərova Sahiyə Əsəd qızı, 1973-cü il təvəllüdlü Sultanov Xanlar Şəmil oğlu, 1996-cı il təvəllüdlü Oruclu Amil Akif oğlu, 2000-ci il təvəllüdlü Əlizadə Hikmət Rövşən oğlu və 2020-ci il təvəllüdlü Əlisultanov Fateh Fariz oğlu.

    ***

    Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

    Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər ölüb.

    Qəzada yaralı olan beş nədərin vəziyyəti də ağır qiymətləndirilir.

    Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.