XƏBƏRLƏR / Təbiət

Pakistanda 5 bal gücündə zəlzələ olub

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb

Pakistanda 5 bal gücündə zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanda 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanların episentri 236 min nəfər əhalisi olan Dera Qazi Xan şəhərindən 137 km qərbdə, 10 km dərinlikdə yerləşir.

    Tələfat və dağıntı barədə məlumat yoxdur.