XƏBƏRLƏR / Rəsmi

Parlamentə seçilən məmurlar vəzifələrindən azad edildilər

İlham Əliyev müvafiq sərəncamlar imzalayıb

Parlamentə seçilən məmurlar vəzifələrindən azad edildilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

    Polad Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.

    Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

    Qeyd edək ki, Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

    Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov da vəzifəsindən azad edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qeyd edək ki, Azər Əmiraslanov deputat seçilib. O, bugünkü iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri olub.