XƏBƏRLƏR / Münaqişə

Putin Bryanskdakı hadisəni terror adlandırıb

TASS xəbər verir

Putin Bryanskdakı hadisəni terror adlandırıb
V.Putin
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün səhər saatlarında bir qrup ukraynalı hərbçi Rusiyanın Bryansk vilayətinə daxil olub. Bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Boqomaz verib. Şahidlərin sözlərinə görə, ukraynalı hərbçilər sərhədə yaxın Lyubeçane kəndində avtomobili atəşə tutublar və nəticədə 1 nəfər həlak olub.

    Bununla yanaşı, Boqomaz qeyd edib ki, Lyubeçane kəndinin yaxınlığında yerləşən Suşanı kəndində mülki obyektə pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəticədə obyektdə yanğın baş verib. Xəsarət alanlarla bağlı məlumat verilməyib. 

    ***

    Rusiya prezidenti Vladimir Putin Braynskda baş verən hadisələri terror aktı adlandırıb. O, hadisəni törədənləri tənqid edib. “Bunlar bizi tarixi yaddaşdan məhrum etməyi, öz tarixlərindən, adət-ənənələrindən, dillərindən məhrum etməyi qarşılarına vəzifə qoyan insanlardır”, - deyə Putin bildirib.

    Xatırladaq ki, bu gün Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətində atışma qeydə alındığı, iki nəfərin girov götürüldüyü barədə Kremlə yaxın mətbuat orqanları iddialar yaymışdı. Ukrayna tərəfi məlumatı təkzib edib, belə bir hadisənin baş vermədiyini açıqlayıb.