XƏBƏRLƏR / Siyasət

Putin Kremldə Trampın xüsusi nümayəndəsi ilə görüş keçirib

YENİLƏNİB / VİDEO / FOTO

Putin Kremldə Trampın xüsusi nümayəndəsi ilə görüş keçirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:30

    Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb.

    Uitkoffun olduğu avtomobil karvanı danışıqlardan sonra Kremli tərk edib.

    Putinlə Trampın xüsusi nümayəndəsi arasında görüş üç saata yaxın davam edib.

    ***

    15:42

    Rusiya Prezidenti Vladimir Putin bu gün Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edib.

    Rusiya mətbuatının məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

    VİDEO

    "Rusiya Prezidenti Vladimir Putin Kremldə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edir", - o bildirib.

    Rusiya tərəfdən danışıqlarda Prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru, Prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak ediblər.

    Putin və Uitkoff bir-birlərini ingilis dilində salamlayıblar.

    Bu, artıq Putinlə Uitkoff arasında dördüncü görüşdür: əvvəlki görüş aprelin 11-də Sankt-Peterburqda baş tutub. Onun nəticələri Kremldəki danışıqların sonunda müsbət qiymətləndirilib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, 4 saatdan çox davam edən söhbətdə Ukrayna məsələsi geniş şəkildə müzakirə olunsa da, həm siyasi, həm də iqtisadi xarakterli digər mövzulara toxunulub.