XƏBƏRLƏR / İdman

“Qarabağ” bu gün “Şkendiya” ilə qarşılaşacaq YENİLƏNİB

Oyun UEFA Çempionlar Liqası çərçivəsində keçirilir

“Qarabağ” bu gün “Şkendiya” ilə qarşılaşacaq YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:06

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya"nın qonağı olacaq "Qarabağ" klubunu 30-a yaxın azarkeş dəstəkləyəcək.

    Bunu Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev deyib.

    Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" matçı bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması isə 20:00-da başlayacaq.

    ***

    09:10

    UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən Azərbaycan təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsinə yüksəlmək uğrunda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

    İlk oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

    Qarşılaşma “Şkendiya”nın ev stadionunda baş tutacaq.

    Qeyd edək ki, cavab görüşü avqustun 12-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

    22:00, "Şkendiya" - "Qarabağ"