BLOQ

Qarabağlı ermənilərə müraciət

Seçim vaxtıdır!

Qarabağlı ermənilərə müraciət
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qarabağın erməni əhalisinin öz seçimini etmə vaxtıdır!

    1988-ci ildə Qarabağ münaqişəsinin necə başladığını xatırlayıram.12 yaşım var idi. İndi kiçik oğlumun 12 yaşı var.

    Azərbaycan Silahlı Qüvvələri Ermənistanı Qarabağımızın hələ də nəzarətdə olmayan əraziləri ilə birləşdirən bütün yolları nəzarətə götürüb. Evimizə gətirdiyiniz qəddarlığa və kədərə baxmayaraq, sizinlə iki ildir ki, inteqrasiya və minlərlə hərbi kontingentin tərksilah prosesinə başlamaq üçün danışıqlar aparırlar.

    İstər hərbi-siyasi rəhbərliyin, istərsə də bütün əhalimizin yekdil fikri var. Ya tərksilah prosesinin başlanması, ya da antiterror əməliyyatlarının başlanması. Biz bu problemi övladlarımızın öhdəsinə buraxmayacağıq.

    Seçim sizdədir!