Qazaxıstanda baş verən partlayışda ölənlərin sayı 45-ə çatıb
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb
19:18
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 45-ə çatıb.
Bu barədə Qazaxıstanın “Xabar-24” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, bir şaxtaçının axtarışları davam edir.
Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 43 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
***
16:57
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 42-yə çatıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Dörd şaxtaçının axtarışları davam edir.
Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 36 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
***
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35-ə çatıb.
B barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hazırda 35 nəfərin cəsədi tapılıb, onlardan 29-u şaxtadan çıxarılıb, 11 şaxtaçının axtarışları davam edir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl 33 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.