Quran nitqi
Quranı elə oxu ki, oxuduğun hər sözün mənasını növbəti sözü oxuyana qədər başa düşəsən
Bir dövlət xadimindən soruşurlar: "Çıxış etmək üçün sizə nə qədər vaxt lazımdır?" Cavab verir: "Əgər 15 dəqiqə çıxış edəcəyəmsə, 2 ay, əgər 1 saat çıxış edəcəyəmsə, 2 gün, əgər qeyri-müəyyən vaxtda çıxış edəcəyəmsə, elə bu saat başlaya bilərəm. Natiqlik qabiliyyətini təlim edən mütəxəssislər deyirlər ki, bir dəqiqə vaxt ərzində böyük bir şirkətin nümayəndəsini sərmayə yatırmağa cəlb etmək üçün insan illərini sərf etməlidir.
İndi gəlin Qurana nəzər salaq. Allah Öz peyğəmbərini uşaqlığından tərbiyə etməyə başlayır və 40 yaşına qədər onu şeiriyyatın meydan oxuduğunu bir cəmiyyətə göndərir. Qısa və son dərəcə lokanik ifadələrlə bir dünya fikir çatdırılır.
Məsələn, İlk naziı olan Ələq, Muddəssir və Muzzəmmil surələrinə nəzər salaq. İlk əmr Oxu! Amma ortada nə kitab var, nə yazılı mətn. Oxu! Özünü, başının üstündəki qalaktikanı, ayağının altında gördüyün müxtəlifliyi Oxu! İnsanlara oxu! Sən onları tərbiyə etməlisən? Nə ilə? Allahın Rəbb ismi ilə! Rəbb, yəni idarə və tərbiyə edən! Hələ ibadətdən xəbər yoxdur! Amma hansı Rəbb? Yaradan Rəbb! "İqra! Bismi Rəbbikəlləzi xələq!". Gecə yarısı qalx, iç dünyanı işıqlandır! Daha sonra ətrafını! Bu ayələrdən biri daha maraqlıdır. "Qalx, paltarını təmizlə". Allah gecənin bir yarısı peyğəmbərini qaldırıb ona paltarını təmizıəməyi əmr edəcək? O Allah ki, az öncə yaradılışdan xəbər verirdi. Xeyr! Paltarını təmizlə! Yəni, mənəviyyatını təmizlə! Şirk və bütlərdən uzaq ol! Amma bu tək bir gecəyə aid deyil. Həyat durduqca təkrarlanan gecələrdir. Çünki Quranın öz mənası təkrar-təkrar düşünərək oxunan kitab mənasını verir. "Və rəttilil Quranə tərtilə". Quranı elə oxu ki, oxuduğun hər sözün mənasını növbəti sözü oxuyana qədər başa düşəsən...