Avqustun 29-dan 30-na keçən gecə Rusiya Ukraynada müharibə başlayandan bəri ən kütləvi dron hücumuna məruz qalıb.
“RBC-Ukrayna”nın verdiyi məlumata görə, pilotsuz təyyarələrin hücumu nəticəsində təyyarələr, neft anbarı və hərbi hissə məhv edilib.
Qeyd edək ki, Rusiyanın Pskov vilayətində hərbi aerodromda pilotsuz təyyarənin hücumu nəticəsində dörd İl-76 təyyarəsi zədələnib.
Pskov vilayətinin qubernatoru Mixail Vedernikov öz Telegram kanalında Pskov hava limanına pilotsuz təyyarə ilə hücumu təsdiqləyib.
“Müdafiə Nazirliyi pilotsuz təyyarələrin Pskov hava limanına hücumunun qarşısını alır. Hadisə başlayandan şəxsən mən hadisə yerində olmuşam”, - deyə vilayət rəhbəri açıqlamasında bildirib.
Qeyd edək ki, Pskov şəhəri Ukrayna sərhədindən təxminən 700 km məsafədə yerləşir.