XƏBƏRLƏR / Terror

Səfirliyimizə hücum edən terrorçunun ölüm hökmü təsdiqləndi

Bu qərarı bu gün İranın Ali Məhkəməsi çıxarıb

Səfirliyimizə hücum edən terrorçunun ölüm hökmü təsdiqləndi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib.

    Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib.

    “İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib”, - sözçü bildirib.

    Məhkəmə qurbanların yaxınlarını dəvət edəcək. Zərərçəkmişlər hücum edənin edamını tələb edərlərsə, cinayət işi icraata götürülməsi üçün müvafiq quruma göndəriləcək.

    Xatırladaq ki, 2023-cü il Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin bir əməkdaşı həlak oldu, iki nəfər yaralandı. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə olub. Onun İranın xüsusi mühafizə orqanları ilə, ilk növbədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əlaqəsi olduğuna dair şübhələr var.

    Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır. Onlardan biri, terrorçunu zərərsizləşdirməyə nail olan Vasif Tağıyev çiynindən və çənəsindən güllə yaraları almışdır.