XƏBƏRLƏR / Münaqişə

SEPAH Trampın ultimatumuna ultimatumla cavab verdi

"Əgər elektrik enerjisini söndürsəniz, biz də elektrik enerjisini söndürəcəyik"

SEPAH Trampın ultimatumuna ultimatumla cavab verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına görə, ABŞ-dan gələn hər hansı bir hücuma və ya təhdidə "simmetrik şəkildə cavab verəcək".

    "Biz hər hansı bir təhdidə çəkindirici balans yaradan səviyyədə cavab verməyə qərarlıyıq. ABŞ bizim imkanlarımızı bilmir, amma onları mütləq döyüş meydanında görəcəklər", - deyə Fars xəbər agentliyi bəyanatın bir hissəsindən sitat gətirib.

    İİKK həmçinin bildirib ki, "İranın elektrik şəbəkəsinə edilən hər hansı bir hücum İsraildəki və Amerika bazalarına elektrik enerjisi verən regional ölkələrdəki elektrik stansiyalarına qarşı cavab tədbirlərinə səbəb olacaq".

    Bəyanatda davam edilir: "Əgər elektrik enerjisini söndürsəniz, biz də elektrik enerjisini söndürəcəyik".