XƏBƏRLƏR / İctimaiyyət

Şəhid Ülvi Bağırov dəfn olundu

O, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanmışdı

Şəhid Ülvi Bağırov dəfn olundu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu doğulub boya-başa çatdığı Salyan rayonunda dəfn olunub.

    Ülvinin yaşadığı evdə keçirilən vida mərasimindən sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanına gətirilib.

    Dəfn mərasimində şəhidin ailə üzvləri ilə bərabər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Çıxış edənlər Azərbaycan Ordusunun parlaq Qələbəsindən və qəhrəman oğulların Vətən uğrunda canını fəda edərək tarix yazmaqlarından danışıblar. Bildirilib ki, şəhidlərimiz öz vətənpərvərliyi ilə həm də gələcək nəsillərə örnək olaraq qəlblərdə əbədi yaşayacaqlar. 

    Daha sonra şəhidimiz yaylım atəşi altında torpağa tapşırılıb.

    Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.