XƏBƏRLƏR / Hadisə

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib

Bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel "X" hesabında yazıb

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.

    Bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel "X" hesabında paylaşım edib.

    O bildirib ki, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.

    Baş nazir vurğulayıb ki, axtarış-xilasetmə işlərinə özəl şirkətlər cəlb ediləcək, həmçinin Türkiyə ilə məsləhətləşmələr aparılacaq.

    Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.