XƏBƏRLƏR / Neft və Qaz

SOCAR İtaliya şirkətindən pay alır FOTO

Şirkətlər arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb

SOCAR İtaliya şirkətindən pay alır FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Dövlət Neft Şirkəti  SOCAR İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan Italiana Petroli (İP) şirkətinin 99,82% payının API Holdinqdən alınmasına dair müqavilə imzalayıb.

    Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.

    Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.

    Müqavilə SOCAR-ın Avropanın enerji bazarındakı mövqeyini gücləndirəcək.

    "Italiana Petroli" İtaliyanın ən böyük inteqrasiya olunmuş neft emalı platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsi, ildə təqribən 10 milyon ton emal gücünə malik iki neft emalı zavodunu idarə edir və bitum, aviasiya yanacağı və sürtkü yağları kimi ixtisaslaşdırılmış məhsulları, habelə ümummilli logistika şəbəkəsini bazara çıxarır.