Son toqquşmalardan sonra Laçın-Gorus sərhədi VİDEO

Görüntüləri Azərbaycan tərəfi çəkib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Aprelin 11-də Dığ kəndi yaxınlığında toqquşmadan sonra Azərbaycan Silahlı Qüvvələri və Ermənistan silahlı qüvvələrinin postlarını əks etdirən görüntülər yayılıb. Söhbət Laçın-Gorus sərhədindən gedir. 

    Xatırladaq ki, aprelin 11-də Dığ kəndi yaxınlığında toqquşma baş verib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları avtomobillə mühəndis işləri aparan Ermənistan silahlı qüvvələrinin hərbçilərinə yaxınlaşıb. Bu zaman düşmən silaha əl atıb, nəticədə erməni tərəfdən 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Azərbaycan 3 şəhid verib, həmçinin yaralılarımız var.