XƏBƏRLƏR / Hadisə

Sumqayıtda müəssisədə 3 fəhlə qazdan zəhərlənib

Onlar xəstəxanaya çatdırılıb

Sumqayıtda müəssisədə 3 fəhlə qazdan zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sumqayıtda üç fəhlə qazdan zəhərlənib.

    Hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

    Belə ki, Sumqayıt sakinləri: - 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu işlədikləri istehsalat qazından zəhərləniblər.

    Onlar xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.