Onlar biz düşündüyümüzdən də ağıllıdırlar. Çıxardıqları 1500-dən yuxarı səsin hər biri bir söz və bir fikirdir. Amma biz birinin də mənasını təxmin etmirik. Niyə? Səbəbini də izah etməyə çalışacağam.
Məsələn, biz öz ana dilimizdə "elm" sözünün mənasını, etimoloji kökünü və hansı dildən gəldiyini, elmdən müəllim, alim, təlim, əllamə kimi sözlərin alındığını, müxtəlif ləhcələrdə necə səsləndiyini, harada necə və məcazi mənada işləndiyini bilirik... Amma delfinlərin səsləri barədə bunu edə bilmirik. Çünki ipucu yoxdur. İpucu da ona görə yoxdur ki, delfinlər kimi fikirləşə bilmirik. Fikirləşə bilsəydik nə olardı? Məncə, nizam pozulardı.
Biz insanların da ən ciddi nöqsanı heyvanları şüursuz adlandırmağımızdır. Məşhur rus nevrobioloqları - A.R.Luriya, İ.P.Pavlov, İ.Seçenov, V.Bexterev ümumiyyətlə şüur sözünü işlətmir, ya çəkinirdilər. Çünki onun nə olduğunu tərif edə bilmirdilər. Mən hələ şüuraltı barədə heç nə demirəm. Təsəvvür edin, dünyanın bir nömrəli beyin mütəxəssisləri şüuru tərif edə bilmirlər. Biz isə heyvanlar barədə bu sözü çox rahat deyə bilirik. Çünki düşüncə və şüur dedikdə hər şeyi öz arşınımızla ölçürük.
Əgər delfin bizim kimi düşünmürsə, deməli şüursuzdur! Allah bilir, onlara görə biz nəyik! Məsələn, bizə görə beyin başda olmalıdır və onunla bədən idarə olur. Amma tarakanlar başsız 9 gün qalır və beyinsizlikdən yox, acından ölürlər. Beyin hanı? Beyin qaldı qopan başda. İndi necə olsun? Bəs ahtapotlar? Axı onların 9 beyni var! Hər qolunda 1 beyin! Biri də başlarında. Ac qaldıqda isə qollarından birini və ya bir neçəsini yeyirlər. Və təbii ki, öz beyinini də. Amma yaşamağa davam edir. Və bəzən itirdiyi üç qoldan və üç beyindən sonra elə bir hərəkət edir ki, insan heyrətə gəlir. Məsələn, batmaqda olan selfinqçini xiıas edir! İndi siz gəlin buna şüursuz və instikt üzərində bunu etdiyini deyin. Bir halda ki sahildə izləyən yüzlərlə şüurlu batmaqda olan selfinqçini xilas etməyə çalışmır və sadəcə telefona çəkir, indi,sizcə, şüursuz kimdir?
Quranın beş ayəsində isə kainatda bütün varlıqların Allahın şəninə təriflər dediklərindən xəbər verilir. Sizcə, şüursuz varlıq bunu edərmi?! Düşünün, ey ağıl sahibləri!