BLOQ

Səfərdə oruc necə tutulmalıdır?

Səfər hansı məsafəli səyahətə deyilir?

Səfərdə oruc necə tutulmalıdır?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • əl-Bəqərə surəsi, 185-ci ayə
    Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz.

    Qeyd olunan ayədə səfərdə oruc tutulmamasına dair hökm verilmir. Sadəcə, bir neçə məsələyə aydınlıq gətirilməli idi ki, nə bu qədər fətvalar verilsin, nə də çaşqınlıq yaransın.

    1. Səfər hansı məsafəli səyahətə deyilir?

    2.Orucun səfərdə tutulmaması üçün səbəb nə göstərilir?

    Cavab: Ərəb cəmiyyətində səfər insanın bir neçə günlük evini tərk etməsinə deyilirdi. O dövrün şəraitinə təbii olaraq bir sıra çətinliklərlə üzləşmələri olur ki, bu da əsas səbəb kimi göstərilir.

    İndi qayıdaq bu günümüzə.
     
    15 əsr bundan əvvəl Məkkədən Mədinəyə və ya əksinə 450.4 km məsafə dəvə ilə 9 dünə, piyada isə 11-12 günə qət olunurdu. Həm də nə əzab-əziyyətlə...

    Bu gün isə avtomobil ilə bu məsafə 4.17 saata qət olumur. 

    Dövrün imkan və şəraitini nəzərə alaraq belə bir icazənin verilməsi təbii hal idi. Amma bu gün insanların rahat maşın və təyyarələrlə bu məsafəni qət etməsi heç bir zəhmət tələb etmir. Axı necə olur, 35-40 dərəcədə  200 C istiliyi olan asfaltı yola çəkən fəhləyə oruc əmri verilir, amma kondisionerdə rahat maşınla 4 saat yol gedən müsafirə belə bir qadağa verilir?! 



    Bütün şəriət hökmlərinin əsaslı səbəbləri olduğu kimi, bunun də səbəbi nəzərə alınaraq fətva verilməli idi. Amma təəssüflər olsun ki, 15 əsrin şəraitini bu günə daşıyan din alimləri bu çərçivədən çıxa bimədi, onların təqlidçiləri də daha acınacaqlı duruma düşüb sorğu-sualsız əməl etməyə davam etdilər.