Tacikistanda zəlzələ oldu
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
Tacikistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 11 min insanın yaşadığı Rəştdən 51 km şimal-qərbdə yerləşib.
Ocağı 10 km dərinlikdə yerləşən zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.