Türkiyə Batumi zorakılığını törədənlərə cəza tələb edir
Gürcüstanın Türkiyədəki səfiri Xarici işlər nazirliyinə çağırılıb
Gürcüstanın Ankaradakı səfiri Kalandia UEFA Avropa Liqası çərçivəsində Batumidə keçirilən "Beşiktaş" - "Hapoel" oyunu zamanı baş verən hadisələrlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - TRT Haber
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, səfir Kalandia Xarici İşlər Nazirliyinə çağırılıb və orada Beşiktaşın Batumidə keçirilən UEFA Avropa Liqası matçı zamanı baş verən ağır hadisələrlə bağlı reaksiya bildirilib və müxtəlif dəlillər paylaşılıb.
Hadisələrin bütün aspektlərinin tam araşdırılması tələbi ilə yanaşı, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul şəxslərə qarşı lazımi hüquqi tədbirlərin görülməsi də tələb olunub.
1 dəqiqədən az