XƏBƏRLƏR / Hadisə

Türkiyənin Rizə şəhərinə PUA düşüb

Bu barədə NTV xəbər yayıb.

Türkiyənin Rizə şəhərinə PUA düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünən gecə Çayeli rayonunun (Türkiyə, Rize) Köprübaşı kəndində çay bağına düşən pilotsuz uçuş aparatı (PUA) yaxınlıqdakı dörd evin pəncərələrini sındırıb.

    Bu barədə NTV xəbər yayıb.

    Məlumatdan sonra əraziyə jandarm və tibbi qruplar göndərilib.

    Qruplar ərazini mühasirəyə alıb və bu səhər araşdırmalarını davam etdiriblər.

    Xarici mənşəli olduğu güman edilən PUA-nın hissələri toplanaraq müayinə üçün aparılıb.

    Kənd sakinjəri PUA-nın gecə saat 1:30 radələrində düşdüyünü bildiriblər.