XƏBƏRLƏR / İdman

UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırdı

Buna AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda reallaşan Ermənistan - Xorvatiya oyununda baş verən hadisələr səbəb olub

UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.

    Avropa futbol qurumunun rəsmi saytı xəbər verir ki, buna AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda reallaşan Ermənistan - Xorvatiya oyununda baş verən hadisələr səbəb olub.

    Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.

    Bundan əlavə, azarkeşlər sözügedən görüşdə pirotexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb.

    UEFA AVRO-2024-ün seçmə mərhələsinin 6-cı turunun Xorvatiya millisi ilə oyunundan sonra Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakova qarşı iş açıb.

    Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.