UEFA "Zirə" klubuna xəbərdarlıq edib
Buna Bakıda Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirilən oyunda yaşananlar səbəb olub
UEFA "Zirə" klubuna xəbərdarlıq edib.
Buna Bakıda Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirilən Konftrans Liqasının III təsnifat mərhələsinin cavab matçında yaşananlar səbəb olub.
"Qartallar" "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıb.
Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) "Zirə" penaltilər seriyasında (2:1) mərhələ adlayan tərəf olub. Bakı təmsilçisi növbəti raundda iki oyunun nəticəsinə əsasən Kiprin "Omoniya" komandasına uduzub - 0:6, 1:0.