"Heyət Təhrir əl-Şam"a bağlı bir təşkilat tərəfindən yayılan görüntülərdə üsyançı döyüşçülərin Hələb beynəlxalq hava limanında olduğu görünür.
Bu barədə BBC xəbər verir.
Əbu Malik Əl-Şami adlı hərbi komandir kimi tanınan şəxs əsas terminalın qarşısında kameraya müraciət edir. Onun arxasında hərdən başqa döyüşçülər görünür.
Bu gün səhər saatlarında sosial mediada yayımlanan videoda hava limanında bir qrup silahlı şəxsin olduğu göstərilib, lakin onların hansı qrupdan olduqları məlum deyil.
Hava limanının ələ keçirilməsi təkcə strateji əhəmiyyətinə görə deyil, həm də dünən axşam saatlarında üsyançıların şəhərə çatdığının göstəricisidir.