BLOQ

Uzun uçuş

2000-ci illərdə bu aerodroma enəcək Ermənistan təyyarəsini vurmalı idik...

Uzun uçuş
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2000-ci illər idi.

    Mən Su-24M bombardmançı təyyarəsində döyüş növbətçiliyində idim. Ekipajımıza və MiQ-29-da növbətçi pilota başqa aerodromdan həyəcan siqnalı verildi. Təyyarə Ermənistandan havaya qalxmış və Xocalı aerodromuna enməli idi.

    İlk olaraq MiQ-29 havaya qalxdı və təyyarəni vurmalı idi. Biz isə kabinədə oturub uçuşdan əvvəl hazırlıq görürdük. Bizim vəzifəmiz uçuş zolağına zərbə endirmək idi. Qanadın altında 6500 kq-lıq hava bombaları var idi.

    Ermənistan təyyarəsi sərhədə qədər uçub geri qayıtmşdı. Biz havaya qalxma əmrini almadıq.

    Bu gün biz bayrağımızı bu aerodromda qaldırdıq.

    Hamımız ora çatdıq!

    Yaşa və çiçəklən, Azərbaycan!

    https://t.me/Arustamzade/468