Vaqif Xaçaturyan həbs olunan vaxtdan dünənə kimi mənim günlərim qara olub. Hələ qabaqda neçə Vaqif kimiləri var...
Vaqif Bakıya gətirilikdən sonra Mərkəzi (DTX) Aparatdan zəng oldu. Göruş çox yüksək səviyyədə idi, çünki ermənilər Vaqifə görə az qala dünyanı ayağa qaldırmaq istəyirdilər. Həm Ermənistanda, həm Qarabağda mitinqlər, etirazlar!
Aramızda belə bir dialoq oldu: “Sən çox cəsarətli və olduqca savadlı zabitsən. Bizim muzeydə sənin müxtəlif şəraitlərdə 18 şəklin var, aşağı - muzeyə düşəndə baxarsan. Bilirik, vaxtında əziyyətini qiymətləndirməyiblər və buna görə dövlətdən incik də deyilsən. Bəli! Qarabağ məsələsində həmişə bizə kömək etmisən, buna görə sənə təşəkkürümüzü bildiririk. Sağ olun! Minnətdaram! Azay, Vaqifi tanıyırsan?”.
Dedim: “Tanıyıram. Əsl adi Vaqif, “kliçka”sı Vladikdir! Stepanakertdə (Xankəndi) ermənilər ona Vladik deyirdilər”.
- Əlamətlərini deyə bilərsən?
- Sol qolunun qatlanacaq hissəsində damar dağıntısı izi və çapıq olmalıdır.
Badamdara hospitala gedirik. Baxış kecirilir. Hamı mənə minnətdarlıqla baxır...
Məsələ ondadır ki, Meşəli hadisəsinə qədər biz Vaqifi (Vladiki) 15 may 1991-ci ildə gecə dörd nəfər silahdaşı ilə birlikdə həbs etmişdik...
Vaqif məni tanıdı və mənim tərəfimdən döyüldüyünü də dedi. Dünənki üzləşmədə Vaqif hər şeyi etiraf etdi! Vaqif Meşəli faciəsinə kimi Xankəndidə yaşayan 30 000 azərbaycanlı ailəsinin bu şəhərdən min cür işgəncə ilə, öldürülmək və yandırmaq yolu ilə qovulmalarının ən fəal iştirakçılarlndan biri olub. Yəni Xankəndi Cinayət Axtarış Şöbəsinin rəisi Qəribin (Qarik) dəstəsində olaraq, milli munaqişələri qızışdıranlardan olub. İlk dəfə bizim tərəfimizdən buna görə həbs olunmuşdu. Vaqif həbs olunub Şuşa türməsinə gətirildikdən sonra gecə dişi ilə sol damarını çeynəyib dağıtmışdı ki, qanaxmadan ölsün. Şuşa xəstəxanasında damarını tikdirdik. Gecə tikişi yenə dişi ilə sökmək istəyəndə üstünə düşdük və bu dəfə xüsüsi nəzarətə götürüldü. Əslində hələ o vaxt Vaqif özü-özünə ölüm hökmü çıxarmışdı. Üç aydan sonra Vaqifi Bakıdan Şuşaya ezam olunmuş prokuror və müstəntiqlər böyuk pul qarşılığında satıblar. Vaqif özü belə dedi! Və buraxıldıqdan 9 ay sonra Vaqif başının dəstəsi ilə Meşəli faciəsini törədib, 25 nəfər sakiin öldurüb, azərbaycanlıları əsir götürüb və onlara dözülməz işgəncələr verib. Xocalı hadisəsində iştirak edib və sakinləri öldürüb.
Vaqif öz dilindən başqa Azərbaycan, Rus dillərində sərbəst danışır. Amma dünənki üzləşmədə, erməni də olsa, Vaqif (Vladik) bir kişilik elədi. Meşəli sakinləri olan 3 nəfəri barmaği ilə göstərərək onları tanıdığını, onların həmişə ermənilərə işlədiklərini, ermənilər ilə oturub-durduqlarını, həmişə ermənicə danışdıqlarını, ermənilərlə həmişə içki içdiklərini, öz millətini, kəndlilərini sevmədiklərini göstərdi və bildirdi ki, belələri çoxdur, onlardan yalnız üçü buradadır.
Vaqif müstəntiqə onlarla danışmaq istəmədiyini belə cəsarətlə bildirdi.
Mən buradan Vaqifin qızı, Laçında məktəb direktoru olmuş Veraya, hal-hazırda Xankəndində polis zabiti olan ərinə səslənirəm: Vaqifə yaxşı baxırlar, agappaq pambıq kimidir, qidalanmağı yüksək səviyyədədir, üstündə daim həkim nəzarəti var. Vaqif özü dedi.
Siz isə dəqiq deməlisiniz: Xocalıdan 150, Malıbəyli-Quşçulardan 21 nəfər, Şuşa ətrafında 147 nəfər itkin düşüb. Əgər siz həmin kütləvi məzarlıqların yerini, koordinatlarını dəqiq öyrənib Azərbaycan tərəfinə məlumat versəniz, Vaqifin cəzasını xeyli yüngülləşdirmiş olacaqsınız. İndi, Vera, söz sizdədir və məlumatlarınızı gözləyirik.