Xəzər dənizində zəlzələ qeydə alınıb
Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 15:52-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub. Zəlzələnin ocağı 66 kilometr dərinlikdə yerləşib.