XƏBƏRLƏR / Qayıdış

Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı gedib

Ailələrin və köçənlərin ümumi sayı haqda məlumat verilməyib

Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb.

    Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.