XƏBƏRLƏR / İdman

Yunan-Roma güləşçilərimiz Olimpiadada mübarizəyə başlayır

Güləş yarışlarının ilk günündə Azərbaycanın iki idmançısı qüvvəsini sınayacaq

Yunan-Roma güləşçilərimiz Olimpiadada mübarizəyə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Paris-2024" Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

    Güləş yarışlarının ilk günündə Azərbaycanın iki idmançısı qüvvəsini sınayacaq.

    Murad Məmmədov (60 kiloqram) və Sabah Şəriati (130 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, ekvadorlu Rayber Joze Rodriges Orosko və estoniyalı Heyki Nabi ilə qarşılaşacaqlar.

    Azərbaycan təmsilçilərinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.