Zelenski Ankarada Atatürkün məzarını ziyarət etdi VIDEO
Ukrayna Prezidenti və birinci xanımı Türkiyədə rəsmi səfərdədir

Türkiyəyə rəsmi səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski xanımı ilə Mustafa Kəmal Atatürkün məzarını ziyarət edib. Bu barədə o öz Teleqram kanalında yazıb: "Ankara. Türkiyəyə səfərin əvvəlində Türkiyə tarixinin və dəyərlərinin mühüm bir parçası olaraq qalan ölkənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsi ehtiramla yad edilib". VIDEO
Ukrayna Prezidenti Türkiyədə rəsmi səfərdədir. O bu gün Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşəcək.