XƏBƏRLƏR / Dünya

ABŞ-da Müstəqillik Günü atəşfəşanlıqla qeyd olunub

Atəşfəşanlıq şousunda 60 mindən çox fişəng atılıb

ABŞ-da Müstəqillik Günü atəşfəşanlıqla qeyd olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Amerika Birləşmiş Ştatlarının əsas milli bayramı olan 4 iyul Müstəqillik Günü atəşfəşanlıqla qeyd olunub. Ölkənin müstəqilliyinin 247-ci illiyi münasibəti ilə Nyu-Yorkun Şərq çayının üzərində atəşfəşanlıq şousu təşkil olunub. Milyonlarla insan ənənəvi atəşfəşanlıq şousunu izləmək üçün şəhərin meydan və küçələrinə axın ediblər.

    Polis təhlükəsizliyi təmin etmək üçün bir çox mərkəzi meydan və küçələrdə nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Atəşfəşanlıq şousunda 60 mindən çox fişəng atılıb. İyirmi beş dəqiqə davam edən nümayiş zamanı al-əlvan işıqlar Nyu-Yorkun səmasını aydınladıb.

    Unikal atəşfəşanlıq şousu yerli mediada canlı olaraq yayımlanıb.