XƏBƏRLƏR / Dünya

ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb

Bu barədə CNN xəbər verib

ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb
26 fevral 2025-ci il tarixində Ukraynanın Donetsk vilayətində cəbhə xəttinə yaxın açıq mədəndə torpaq və minerallar yük maşınlarına yüklənir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb.

    Həftələrdir üzərində danışıqlar gedən bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək.

    Aprelin 30-u ABŞ Xəzinədarlıq Departamentində imzalanan saziş çərçivəsində həm də ABŞ - Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılmasına dair razılığa gəlinib. Sazişi imzalayan Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib ki, fond ölkəyə qlobal sərmayələrin cəlb edilməsinə yol açacaq.

    ABŞ xəzinədarlıq katibi Skot Bessent isə bildirib ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna naminə sülh prosesinə sadiqdir