XƏBƏRLƏR / Qalmaqal

İranla İsrailin səfirləri bir-birini qırır, XİN isə susur

İranın səfiri Abbas Seyid Musəvi Azərbaycanın adından antiisrail bəyanatlar verir, cavabını isə İsrail səfiri Corc Dik verir

İranla İsrailin səfirləri bir-birini qırır, XİN isə susur
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İranın Bakıdakı səfiri İsraili və onun Azərbaycandakı səfirini hədələməkdə davam edir.

    Qəbuledilməz davranışına Bakıdan lazımi reaksiya eşitməyən İranın Azərbaycandakı səfiri Abbas Seyid Musəvi İsrailin Bakıdakı səfiri Corc Diki və ümumilikdə İsraili hədələməyə davam etmək qərarına gəlib.

    Xatırladaq ki, noyabrın 4-də İran səfiri HƏMAS-ın İsraili Aralıq dənizində batıracağı ilə hədələmişdi. Üstəlik, o, “cəsur xalqı bütün dünya kimi irqçi İsrailə nifrət edən” Azərbaycanın adından danışmaq hüququnu mənimsəyib.

    Rəsmi Bakı səfirin bəyanatını görməmiş kimi davrandı. Bu, ona eyni şəkildə davranmağa davam etmək hüququ verdi və bu gün o, artıq səfiri İranın əli ilə ölümlə hədələyir.

      "Hey...! Bir hörümçək toru olduğunuzla razılaşmağınız kifayətdir. Maraqlıdır, niyə sizin “Polad toru” HƏMAS-ın bir neçə döyüşçüsünü məğlub edə bilmədi və əvəzində 4000-i uşaq olmaqla 10.000 mülki vətəndaşı öldürdü?! Bu Şəbəkə sizin ölümünüz üçün öz əlimizlə ilgəyə çəkiləcək”, Musəvi "Twitter" hesabında yazıb.

    O, bir gün əvvəl İsrail səfirinin onun əvvəlki təhdidlərinə cavab verməsindən qəzəblənib:

    “İran rejiminin səfirinə bir mütəxəssisdən bəzi pulsuz məsləhətlər: Əgər ölkəmi məhv etmək və məni ölümlə (yenidən) hədələdiyiniz zaman insanların sizi ciddi qəbul etmələrini istəyirsinizsə, internet metaforasından əl çəkməli olacaqsınız. Hörümçək ipəyi poladdan beş dəfə güclüdür. Bax belə".

    İsrail nümayəndəsi hələ ki, İran səfirinin son hədələrinə cavab verməyib.

    Bu vəziyyətdə iki ölkənin səfirlərinə deyil, İran nümayəndəsinin başqa ölkənin Azərbaycandakı diplomatını açıq şəkildə ölümlə hədələməsinə və Azərbaycanxalqın adından danışmağa cəsarət etməsinə sakitcə baxan rəsmi Bakıya suallar daha çoxdur. (Turan)