XƏBƏRLƏR / Hadisə

İsmayıllıda ağır yol qəzası olub, ölən var

“VAZ-2107” yolun kənarındakı obyektə çırpılıb

İsmayıllıda ağır yol qəzası olub, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsmayıllıda ağır yol nəqliyyat hadisəsi baş verib ölən və xəsarət alan var.

    Bu gün gecə saat 01 radələrində İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.

    Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, iki sərnişin- 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.