XƏBƏRLƏR / Siyasət

Pezeşkian Putinlə Azərbaycana hücum haqda danışıb

Söhbət haqda xəbəri kremlin mətbuat xidməti və “Tasnim” agentliyi yayıb

Pezeşkian Putinlə Azərbaycana hücum haqda danışıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Kreml xəbər verir ki, Vladimir Putin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

    - Rusiya Prezidenti İran İslam Respublikasının Ali Lideri Ayətullah Seyid Əli Xameneinin, onların ailə üzvlərinin və ölkənin hərbi-siyasi rəhbərliyi ilə birlikdə sui-qəsd və İsrail-Amerika müharibəsi nəticəsində baş verən çoxsaylı mülki itkilərlə bağlı dərin hüznlə başsağlığı verib.

    - Rusiyanın hərbi əməliyyatların dərhal dayandırılması, İran ətrafında və bütün Yaxın Şərqdə problemlərin həlli üçün güc metodlarından imtina və siyasi, diplomatik həll yoluna tez bir zamanda qayıtmaq zərurəti ilə bağlı mövqeyi bir daha təsdiqlənib.

    - İran tərəfi ilə müxtəlif kanallar vasitəsilə əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib.

    Bu arada "Tasnim" agentliyi yazır ki, Putinlə söhbət zamanı İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasına hücum iddialarını qətiyyətlə rədd edib.

    "Tasnim" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı o, bunları şayiələr və iki ölkə arasındakı münasibətləri pozmağa yönəlmiş "düşmənlərin sui-qəsdi" kimi qiymətləndirib.

    Pezeşkian rusiyalı həmkarı ilə söhbətində bildirib ki, İran İslam Respublikasının heç vaxt qonşularına hücum etmək niyyəti olmayıb və olmayacaq.