22:50
Transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Klubdan verilən məlumata görə, almaniyalı hücumameyilli yarımmüdafiəçi Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Vingerlə 2+1 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisinin heyətində 10 nömrəli formanı geyinəcək.
25 yaşlı futbolçu “Borussiya Dortmund”un yetirməsidir. 2021-ci ildə bu klubdan “Brayton”a keçən Xadra “Birmingem”, “Seffild Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə transfer olunan oyunçu “Havr”da da çıxış edib. O, Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, Reda Xadra yay transfer pəncərəsində “Qarabağ”ın 9-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulub.
***
22:03
"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib.
Bu barədə klub məlumat yayıb.
Polşanın "Qurnik" (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Azərbaycan təmsilçisinə keçib.

26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard komandada 19 nömrəli forma ilə çıxış edəcək.
Norveçdə "Şeyd", "Fredrikstad", "Volorenqa", Fransada "Loryan", Belçikada "Beveren"də çıxış edən hücumçu 2024-cü ildə "Qurnik"ə keçib. Nigeriyalı futbolçu "Lex"də də forma geyinib.
1 dəqiqə