Şolts Paşinyanla Bakı-İrəvan normallaşmasını müzakirə edib
Bu barədə Ermənistanın baş naziri özünün sosial şəbəkə hesabında yazıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Münhendə Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşün müzakirə mövzuları arasında Azərbaycanla münasibətlərin normallaşması prosesi olub.