Slovakiyada qatarların toqquşub, 80 nəfər yaralanıb
Onlardan üçünün vəziyyəti ağırdır YENİLƏNİB
Slovakiyada qatarların toqquşmasından sonra 79 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə "TASR" agentliyi Təcili Tibbi Yardım Mərkəzinə (EMS) istinadən bildirir.
Onlardan üç nəfər ağır xəsarət alıb.
"Hadisə yerinə 15 təcili yardım maşını gəlib, 79 yaralı xəstəxanalara çatdırılıb", - mərkəzdən qeyd olunub.
Hadisənin semaforun qırmızı işığına məhəl qoymayan maşinistlərdən birinin diqqətsizliyi nəticəsində baş verdiyi ehtimal olunur.
***
Bratislava yaxınlığında iki qatarın toqquşması nəticəsində təxminən 30 nəfər xəsarət alıb.
Qəza Slovakiyanın paytaxtı ilə Pezinok şəhəri arasında baş verib.
Hadisə yerinə Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok gəlib.
Ölkənin baş naziri Robert Fitso bildirib ki, bu insident ciddi araşdırma tələb edir. O, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb və hökumətin müvafiq üzvləri ilə əlaqədə olduğunu qeyd edib.
Baş nazirin sözlərinə görə, toqquşmanın texniki nasazlıqdan, yoxsa insan faktorundan qaynaqlandığı müəyyən edilməlidir.
***
Bratislava yaxınlığında iki qatarın toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Bu barədə Slovakiyanın Mətbuat Agentliyi (TASR) məlumat yayıb.
"Bratislava ilə Pezinok arasında baş vermiş iki qatar qəzası nəticəsində bir neçə yaralı barədə məlumat var", – deyə agentliyin bazar günü yaydığı xəbərdə bildirilib.
Məlumata görə, Bratislavaya doğru hərəkət edən qatar Pezinokdan çıxarkən (Slovakiya paytaxtından 20 km məsafədə) digər qatarla toqquşub.
Qatarların toqquşma şəraiti araşdırılır.
1 dəqiqə