Türkiyə-Ermənistan Əlican sərhəd məntəqəsi hazırdır
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb
Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları, bundan başqa diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir”, - məlumatda vurğulanıb.