Xırdalanda iki yeni yol layihəsi həyata keçiriləcək VİDEO

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral yollara çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol layihəsinin həyata keçirilməsi planlaşdırılır.

    Layihələr çərçivəsində yeni tunellərin, müxtəlif səviyyəli yol ötürücüsünün və əlaqələndirici yolların inşası, həmçinin mövcud yol qovşaqlarının yenidən təşkili nəzərdə tutulur. 

    Layihələrin reallaşdırılması nəticəsində Xırdalanın M-1 və M-4 magistralları ilə nəqliyyat əlaqələri genişlənəcək, alternativ marşrutlar yaradılacaq, şəhərdaxili nəqliyyat sıxlığının azalmasına və sakinlərin gündəlik gediş-gəlişinin asanlaşmasına şərait yaranacaq.