BLOQ

Zaman nədir?

Allah kainatı yaratmazdan əvvəl nə edirdi?

Zaman nədir?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bəzən ateizmə meyilli insanalrda belə bir sual yaranır: Allah kainatı yaratmazdan ƏVVƏL nə edirdi? 

    Sual ağıllı nəzərə çarpsa da, mahiyyətə vardıqda son dərəcə məntiqsizdir. Niyə?

    Çünki zaman anlayışı məkanın var olmasından asılıdır. Yəni əvvəl Yer, Günəş və Ay məkan olaraq olmalıdır ki, yer öz ətrafına 24 saata dövr edib 1 gün, Ay yerin ətrafında 30-31 gün dövr etməklə 1 ay, Yer də günəşin ətrafına 365 günə tam bir dövr etməlidir ki, zaman kimi qəbul olunan il öz mahiyətini əldə etsin. Bütün bünlar insanın məkanda qərar tutduğu halda özünü doğruldur. Məsələn, kosmik gəmi ilə Yerdən ayrılan kosmanavt üçün zaman artıq geridə qalır... Yəni, Yerdə 6 saniyədə gördüyü yuxunu 10 dəqiqəyə başa salan bir insan tam fərqli zamanda yaşamış olur... Buna görə də məkan zamanın dördüncü tərəfidir. Yəni, o olmadıqda zaman da olmur...

    Bəs zamanın ölçü vahidi? Keçmiş, indiki və gələcəkdən ibarət olduğunu hesab etdiyimiz zamanın əslində birinin ölçü vahidi var,  o da keçmiş zaman. Yaşadığımız anı ölçə bilmirik. Yalnız o qurtardıqdan sonra hesaba gələ bilir. Gələcək də hələ baş vermədiyindən "tərəzinin gözünə" qoymaq olmur... Eynilə bir tacirə tərəziyə hələ almadığımız malı çəkdirmək istədiyimiz kimi...

    İndi Qurana nəzər salaq. Burada yalnız keçmişdən xəbər verilir... Gələcək barədə verilən qeyri-müəyyən, məchul bir zaman deyil, onun sadəcə adıdır... O da qiyamət... Bəs qiyamət nədir? QİYAMƏT - ərəb mənşəli söz olaraq ayağa qalxmaq mənasını verir... Hər şeyin məhvi deyil... Yəni, insan bir yerdən başqa bir yerə getmək üçün əvvəl yerindən qalxmalı, yəni qiyamət etməlidir... Eyni qaydada, bir aləmdən başqa bir aləmə də qiyam etməlidir...

    Ana bətnindən doğulan uşaq üçün əslində həmin an qiyamətdir... Ayağa qalxmalıdır...