Hansı proqramlara ehtiyac var
iTUNES. Podkastinq texnologiyasının əcdadı «iTunes» proqramı sayılır. Bu proqramı quraşdırandan sonra Sizi maraqlandıran podkastinq kanallarına abunə yazıla bilərsiniz. Bunun üçün «Önlük» menyusundan «Podcasta abunə ol»u seçin, açılan pəncərəyə müvafiq podkastın RSS linkini qoyun və «Ok» düyməsini basın. Podkastın adı siyahıda çıxacaq. Onu seçib və proqramın aşağı sağ küncündəki «Tərtibat» düyməsinə basmaqla, Siz yeni səslərin yazılma intervalını və onların kompüterdə saxlanma müddətini təyin edə bilərsiniz. «iTunes» avtomatik olaraq faylları portativ «iPod» mp3-pleyerə də köçürə bilir. Bu prosedur Siz «iPod»u kompyuterə qoşan kimi işə düşür.iPodder. «iPodder» proqramı kompüteri daha yaxşı bilənlər üçün nəzərdə tutulub. Onda yükləmə və podkastları saxlama mexanizmi daha zirəkdir. Məsələn, burada serverdə yeniləmələri yoxlama vaxtını dəqiqliyi ilə təyin etmək olar. Quraşdırılandan sonra proqram «Windows»la birlikdə işə düşür və istifadəçidən «xəlvəti» öz işini yerinə yetirir. Onun piktoqramı «Windows» saatının yanında əks olunur. Hər iki proqram pulsuz yayılır.